13 C
Bakı
24 Mart 2026 18:55
Dünya

Gürcüstanda MSK sədrinin üzünə qara boya atdılar – Video

gurcustanda-msk-sedrinin-uzune-qara-boya-atdilar

Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvilinin üzünə qara rəngliboya atılıb.

“Qafqazinfo” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, müxalifət nümayəndəsi David Kirtadze komissiyanın oturduğu masaya yaxınlaşaraq sədrin üzünə boya atıb.

Bundan sonra Kirtadze zalı tərk edib və MSK-nın iclası müvəqqəti olaraq dayandırılıb.

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü arzusu” partiyası 53,93 faiz səs toplayıb. Dörd müxalifət partiyası da cəmi 37,78% səs toplayaraq parlamentə daxil olub. Müxalifət seçkinin nəticələri ilə razılaşmayaraq etiraz aksiyalarına başlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Husilər İsrail gəmisini ələ keçirdilər

redaktor

Bayden Ərdoğanı devirmək üçün “Türkiyədəki dostları” ilə əlindən gələni edəcəkmi? – TƏHLİL

admin

Putindən xəbərdarlıq: “Bu, ölüm-dirim məsələsidir”

redaktor