24 C
Bakı
23 İyun 2025 11:37
İdman

Mayk Tayson boksa qayıdır – Fantastik bilet qiymətləri

Boks tarixinin ən bahalı matçı keçirləcək.

Tacxeber.comxarici mediaya istinadən xəbər verir ki, Ceyk Paul və Mayk Taysonun çıxacağı matçın VİP yerin bilet qiyməti 2 milyon dollara satışa çıxıb.

 

VİP yerin sahibləri boksçularla tanış olma şansına sahibdirlər. 80 minlik arenada kənar yerlərin qiyməti 10-50 min dollar aralığındadaır.

 

58 yaşındakı Mayk Tayson 80 milyonluq matçla yenidən rinqə çıxacaq. O özündən 31 yaş kiçik YouTube-da yayımladığı videolarla məşhurlaşan, 1 ildir ki, boksla məşğul olan Ceyk Paulla qarşı-qarşıya gələcək.

Tayson karyerasında keçirdiyi 56 döyüşdən 50-sində qalib gəlib, hətta onların 44-də rəqiblərini nakautla məğlub edib. 2005-ci ildə idmandan ayrıldıqdan sonra nümayiş döyüşlərində rinqə çıxıb.

 

Paul isə boks karyerasına ötən il başlayıb və 11 rəqibindən 10-nu məğlub etməyi bacarıb.

 

Mayk Tayson-Ceyk Pol döyüşü şənbə günü səhərə qarşı saat 04:00-da başlayacaq. İkili iki dəqiqəlik səkkiz raund boyunca döyüşəcək.

 

Qeyd edək ki, matç Netflix-də canlı şəkildə yayımlanacaq.

Tacxeber.com

Oxşar xəbərlər

UEFA “Qarabağ”a ödəniş etdi

redaktor

ÇL-in oyunlarını göstərəcək kanallar.

admin

Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR

redaktor