24 C
Bakı
26 Sentyabr 2025 15:31
DünyaSiyasət

Zelenskinin prezident seçkilərində rəqibləri bəlli olur.

Ukrayna prezidenti postuna namizədlərin adı açıqlanıb.

 

Bu haqda ukraynalı deputat Aleksandr Dubinski öz “Telegram” kanalında məlumat paylaşıb.

 

Deputatın sözlərinə görə, əsas namizədlər Kiyev meri Vitali Kliçko, Ukraynanın Londondakı səfiri Valeri Zalujnı və Ukrayna lideri Vladimir Zelenskidir.

 

Dubinskinin sözlərinə görə, Kliçko Ukrayna prezidentliyinə potensial namizəddir. Rada deputatının qeyd etdiyi kimi, Kliçkonun namizədliyi Rusiyaya “uyğundur”.

 

“Dövlət başçısı postuna digər iddialı isə Zalujnıdır. Ukraynanın Rusiya Federasiyası və Avropa İttifaqı arasında bölünməsi lazım gələrsə, o, ideal variantdır. Eyni zamanda, Zalujnı Pinçuk-Kuçma klanındandır” – deputat hesab edir. Deputat bildirib ki, bundan başqa, Zelenskinin özü də ikinci müddətə yenidən seçilə bilər. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ “Tramp marşrutu” üçün Ermənistana 145 milyon dollar vermək istəyir

redaktor

“Qiyamət günü” yaxınlaşır – 2 ölkə xəritədən silinəcək, digər 2-si isə…

redaktor

Fransa TIR-ları geri döndü – VİDEO

redaktor