3 C
Bakı
11 Fevral 2026 19:27
Cəmiyyət

“Yenidən Azərbaycana gəlmək istəyərəm”- Qanadan olan COP29 iştirakçısı

“Səyahətimiz çox xoş keçir. İlk gəldiyimizdə yerləşməkdə çətinlik çəksək də, polis əməkdaşları bizə çox kömək etdilər. Kamp və ətrafdakı hər şeyin əlçatan olması gözəldi”.

Bu sözləri Bizim.Media-ya COP29 iştirakçısı qanalı Portia Adu-Mensah konfrans haqqında fikirlərini bölüşərkən deyib.

Azərbaycanda ilk dəfə olan qanalı qonaq yenidən ölkəyə gəlmək istədiyini bildirib:

“İngilis dili kommunikasiyaya əngəl olsa da, ətrafda həmişə yardım etmək istəyən bir neçə adam olur. Bunlar bizim üçün gözəl şəhər və gözəl insanlarla birgə xoş təcrübə oldu. Bir də bura qayıtmaq istərdim”.

COP29 iştirakçısı konfransdan öncə Azərbaycan haqqında ailəsinin məlumatlı olduğunu qeyd edib:

“Şəxsən mən məlumatlı deyildim. Amma bəzi ailə üzvlərim futbola görə Azərbaycanı tanıyır və bura haqqında çox bilgili idilər. Dayım buranın möhtəşəm yer olduğunu demişdi”.

Tacxeber.com

Oxşar xəbərlər

Etiraz : “Xəstəxanada ölən xəstənin şkafına baxıram ki, bəlkə mənə yarayan dərman olar” – Video

admin

Son vaxtlar məhşurlaşan “A-frame” tipli evlərə “kupça” verilmir? – VİDEO

admin

BMT-dən Azərbaycanla bağlı dəhşətli proqnoz – VİDEO

redaktor