11 C
Bakı
30 Mart 2026 03:57
Cəmiyyət

Eldar Əzizov: “Hadisə baş verən tunel ADY-nin balansındadır, prokurorluq tərəfindən araşdırma aparılır”

Bu dəfə bu yağışla biz zəif yerlərimizi gördük.

Bunu Bakı Şəhər icra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, kanalizasiya, su təchizatı sistemi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin balansındadır. Bunun yaxşı təşkili ilk növbədə onların vəzifələridir.

“Tunellər isə “Azərtikinti”nin balansındadır. Amma buna baxmayaraq BŞİH burada azı koordinator kimi çıxış edir. Biz özümüzü bu məsuliyyətdən kənarlaşdırmırıq. Biz bu qurumlarla əməkdaşlıq edirik. Tədbirlər görülür ki, bir də belə vəziyyət təkrar olunmasın. Artıq Prokurorluqda iş açılıb. O hadisə baş verən tunel ADY-nin balansında olan tuneldir. Orada Prokurorluq tərəfindən araşdırma aparılır. Nəticə barədə məlumat veriləcək”, – deyə E. Əzizov əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Misir Mərdanov imtahandan kəsilən müəllimlər barədə: “Bu, onları cəmiyyətin gözündən salmaqdır”

redaktor

“Natura”nın içindən çıxan nədir? – Video

redaktor

Təranə Səmədova ekspertizaya göndərildi

redaktor