24 C
Bakı
23 İyun 2025 09:45
Siyasət

“Bir vaxtlar özünü az qala böyük hesab edən Makron bu gün haradadır?” – Lukaşenko

 

İqlimi yaxşılaşdırmaq üçün kimin nə qədər iş gördüyü barədə çox danışılırdı. Amma mən əvvəlki sammitimizdən sonrakı dövrü müqayisə edirəm. Vəziyyət yalnız daha da pisləşib.

 

Tacxeber.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko COP29 liderlər sammitində çıxışı zamanı deyib.

 

Belarus Prezidenti ABŞ və Fransa prezidentlərinin tədbirdə iştirak etməməsindən danışıb: “Yaxın Şərqdə, Ukraynada, Yəmənin cənubunda müharibə var. Dünyada planetimizin iqliminə ciddi təsir göstərən 50-dən çox münaqişə var. Yəni hər şey yaxşılaşdı?

 

Təkcə onu demək kifayətdir ki, bu gün  əvvəllər iqlimin yaxşılaşdırılmasından çox narahat olanlar bu konfransda iştirak etmirlər. Üstəlik, təxribat törədirlər. Yoxsa bu, Amerika Birləşmiş Ştatlarında prezident seçkilərindən sonra baş verəcək?

 

Sual yaranır: belə sammitlərdəki fəaliyyətimizin səmərəliliyi nədən ibarətdir? Bir vaxtlar Fransa prezidenti özünü Paris sazişindən ötrü az qala böyük hesab edirdi. Bəs bu prezident bu gün haradadır? Bu mövzu aktual deyil? Bu, bizim effektivliyimizdirmi? Deməli, hələ bildiriləcək heç nə yoxdur”.

Tacxeber.com

Oxşar xəbərlər

“Ermənistan və Azərbaycan razılığa gələ biliblər” – Paşinyan

admin

Əgər dediyim marşrut açılmasa… – Prezidentdən mühüm mesaj

redaktor

Samir Şərifov niyə Sahil Babayevlə əvəzləndi? – SƏBƏBLƏR

redaktor