24 C
Bakı
16 Oktyabr 2026 15:54
CəmiyyətŞou

“Atası Canana kömək etmir”

“Atası Canana kömək etmir”

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd onun qızı Cananla bağlı açıqlama verib.

 

 “Elgizlə izlə proqramında qinaq olan Zümrüd atasının Canana kömək etmədiyini bildirib:

 

 “Çünki yazıq kasıb adamdır, orada ailəsi var. Yenə də atasıdır. İkinci nikahından uşaqları var. Qızı öz yanına aparmağa cəhd etmədi. Amma özü, uşaqları, bacısı baş sağlığı verdi. Cananın bibisi öz övladları ilə gəlib ziyarət etdilər. O da Avropada qalır, gəlib-gedirlər. Mənimlə əlaqə saxlayırlar, lakin cürət edib uşaqla danışmırlar. Anası sağıydı, özü gəlib-gedirdi, münasibət var idi. Pul göndərmir. Yəni ki, elə vəziyyətdə deyil. Cananın nəyəsə ehtiyacı yoxdur. Gözəl məktəbi var, Allah dəstək olan insanlara  can sağlığı versin. Rəhmətliyin vəsiyyəti o idi, Yeni ildə mənimlə danışdı. Dedi ki, buradan o yana qayıdası deyiləm, uşağıma savad verin. Evi var, çöldə deyil, xalasıgildə qalır. Suraxanıda bizimlə yaşayır. Aygünün evini kirayəyəyə verməmişik, ehtiyac yoxdur. Canana hesab açmışıq, özümüz edəcəyik. Dekabrın 5-i 15 yaşı olacaq”.

Xatırladaq ki, Canananın atası da musiqiçi olub.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan Qanunvericiliyi uşaqların dini barədə nə deyir? Və nələr edilməsi yaxşı olar?

redaktor

Ermənistanda hicab azaddır? Cəhalətin təbliğata çevrildiyi nöqtə

redaktor

Davranış insanın ən güclü vizit kartıdır

redaktor