26 C
Bakı
11 Avqust 2025 02:16
Dünya

ABŞ-nin təyyarəsinə ATƏŞ AÇILDI – Yaralanan var

 

ABŞ-nin Kaliforniya ştatından Haitinin paytaxtı Port-o-Prinsə uçan Spirit Hava Yollarına məxsus təyyarə eniş zamanı silahlı dəstələrin açdığı atəşə məruz qalıb.

 

Tacxeber.com xəbər verir ki, hadisə zamanı stüardessa yüngül xəsarət alıb və Haitiyə bütün uçuşlar dayandırılıb.

 

Güllələrə tuş gələn Spirit Hava Yollarına məxsus 951 saylı təyyarə Dominikan Respublikasının Santyaqo hava limanına salamat eniş edib. Spirit Hava Yollarından verilən açıqlamada, Santyaqo hava limanına enən təyyarənin ilkin araşdırmalar nəticəsində güllələrdən dəyən ziyan səbəbilə xidmətdən çıxarıldığını və hadisə nəticəsində yalnız bir stüardessanın yüngül xəsarət aldığını bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Polislər Paşinyana görə vətəndaşları amansızlıqla döydü

redaktor

Almaniya səfiri İran XİN-ə çağırıldı

redaktor

Stresdən xilas olmaq üçün 1000-dən çox oğurluq etdi

redaktor