Dünya

Trampın müşaviri Zelenski haqqında sərt danışdı

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın baş müşaviri Brayan Lanza bildirib ki, yeni administrasiya əsas diqqətini Ukraynanın Rusiya tərəfindən işğal olunmuş əraziləri geri almasına imkan verməkdənsə, Ukraynada sülhün əldə olunmasına yönəldəcək.

Tacxeber.com xəbər verir ki, bu barədə o, BBC-yə açıqlamasında danışıb.

Onun sözlərinə görə, Tramp administrasiyası Ukrayna prezidenti Volodimir Zelenskidən onun “dünyaya real baxış” versiyasını təqdim etməsini xahiş edəcək.

“Əgər prezident Zelenski danışıqlar masası arxasına əyləşib desə ki, yalnız sülhü Krım bizdə olandan sonra əldə edə bilərik. Həmin an o, ciddi olmadığını göstərəcək” deyə Trampın baş müşaviri qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kurska gedib

redaktor

İran heyəti BƏƏ-dəki sammiti tərk etdi – Etiraz

admin

Rusiya öz helikopterini vurdu.

admin