22 C
Bakı
16 Oktyabr 2026 11:03
Cəmiyyət

“Sağlam münasibətdə iki insanın bir-birini üzməsi lazımdır” – Psixoloq

“Sağlam münasibətdə iki insan bir-birini üzür. Əgər bir münasibətdə bir nəfər digərini heç üzmürsə, deməli, o insanın özü üzüləndir”.

 

Tacxeber.com xəbər verir ki, bunu klinik psixoloq Fuad Əsədov deyib.

 

“Əgər münasibətdə biri qarşısındakını üzmürsə, deməli, xoşuna gəlməyən şeyləri demir, içində saxlayır. O, sadəcə bir məmnunedicidir, sevilməməkdən və qarşı tərəfi itirməkdən qorxur.
Diqqət etsəniz görərsiniz ki, sevilməmə riskini qəbul edən insanlar hər zaman daha çox sevilirlər” – o bildirib.

 

Psixoloqun sözlərinə görə, sağlam psixologiyalı insanın bir az sevilməməsi və sağlam münasibətdə də insanların bir-birini üzməsi lazımdır.

 

“Sağlam münasibətdə iki insanın bir-birini üzməsi, əslində, qarşılıqlı olaraq sərhədlərin və fərdi ehtiyacların qorunması deməkdir”.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan Qanunvericiliyi uşaqların dini barədə nə deyir? Və nələr edilməsi yaxşı olar?

redaktor

Ermənistanda hicab azaddır? Cəhalətin təbliğata çevrildiyi nöqtə

redaktor

Davranış insanın ən güclü vizit kartıdır

redaktor