24 C
Bakı
23 İyun 2025 11:12
Dünya

Hindistanda pələng qadınlara hücum edib birini yedi

 

Hindistanda pələng həmkəndliləri ilə meşəyə girən 50 yaşlı qadına hücum edib.

 

Tacxeber.com lent.az-a istinadən xəbər verir ki, hadisə Uttarxand ştatının Nainital rayonunda baş verib. Orada, Dhikuli kəndindən yeddi qadın Korbett Pələng Qoruğunun yaxınlığındakı meşəyə gedib. Qadınlar orada mal-qara üçün çalı və ot toplamaq istəyiblər.

 

Toplanılan yerə gedərkən bir pələng onlara hücum edib və Kauşalya Devi adlı qadını kolluğa sürükləyib. Kəndlilər qadına kömək etməyə çalışsalar da, mənası olmayıb. Axtarış zamanı qadının qalıqları aşkar edilib. Daha sonra ekspertiza qalıqların Deviyə aid olduğunu təsdiqləyib.

 

Rəsmilər meşədə kameraların olduğunu və patrulların gücləndirildiyini bildiriblər. Bununla belə, qışda vəhşi heyvanların insanlara hücumlarının sayı artdığından yerli sakinlərə lüzumsuz meşəyə getməmək barədə xəbərdarlıq edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Yaponiya 34 ildən sonra ilk dəfə olaraq dünyanın ən böyük xarici sərvət sahibi olmaqdan çıxıb

redaktor

“İndi kimi kürəyindən bıçaqlayacaqsan?” – Ərdoğan

redaktor

Trampın Azərbaycanla bağlı fərmanı bizə necə təsir edəcək?

redaktor