29 C
Bakı
13 Avqust 2025 12:55
Dünya

Hindistanda pələng qadınlara hücum edib birini yedi

 

Hindistanda pələng həmkəndliləri ilə meşəyə girən 50 yaşlı qadına hücum edib.

 

Tacxeber.com lent.az-a istinadən xəbər verir ki, hadisə Uttarxand ştatının Nainital rayonunda baş verib. Orada, Dhikuli kəndindən yeddi qadın Korbett Pələng Qoruğunun yaxınlığındakı meşəyə gedib. Qadınlar orada mal-qara üçün çalı və ot toplamaq istəyiblər.

 

Toplanılan yerə gedərkən bir pələng onlara hücum edib və Kauşalya Devi adlı qadını kolluğa sürükləyib. Kəndlilər qadına kömək etməyə çalışsalar da, mənası olmayıb. Axtarış zamanı qadının qalıqları aşkar edilib. Daha sonra ekspertiza qalıqların Deviyə aid olduğunu təsdiqləyib.

 

Rəsmilər meşədə kameraların olduğunu və patrulların gücləndirildiyini bildiriblər. Bununla belə, qışda vəhşi heyvanların insanlara hücumlarının sayı artdığından yerli sakinlərə lüzumsuz meşəyə getməmək barədə xəbərdarlıq edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Leyla Abdullayeva səfir təyin edildi

redaktor

Dünyanın ən böyük iki milyardlıq gəmisi: Titanikdən 5 dəfə böyükdür -FOTOLENT

redaktor

Rusiya taktikanı dəyişir – “Müharibə iki-üç il çəkə bilər”

admin