24 C
Bakı
23 İyun 2025 20:07
Dünya

Ərdoğan: Trampla Ukraynadakı müharibənin bitməsinə çalışacağıq

ABŞ-nin rəhbərliyi altında bəzi Qərb ölkələrinin Ukraynada müharibəyə son qoymaq səyləri orada həlli sürətləndirəcək.

 

Tacxeber.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

“Biz əvvəldən nümayiş etdirmişik ki, Ukrayna doğrudur və biz bu savaşda sülhün tərəfində durmağı seçmişik. Biz müharibənin tərəfi olmadıq və hər iki tərəflə də problemlərin həll olunması istiqamətində əlaqələrimizi davam etdirdik. Lakin problemin diplomatiya yolu ilə həllinə olan mövqeyimizin Qərb tərəfindən yetərincə dəstəklənmədi”, – prezident Ərdoğan qeyd edib.

 

Ərdoğan əlavə edib ki, Tramp dövründə ABŞ administrasiyasının məsələnin həlli istiqamətində addımlar atdığını görsək, biz bu müharibəni asanlıqla bitirə bilərik: “Daha çox silah, daha çox bomba, daha çox xaos və atışma bu müharibəni bitirməyə imkan verməz. Daha çox dialoq, daha çox diplomatiya, anlaşma sülhün qapısını açacaq. Biz hər iki tərəfi eyni masa arxasında görüşdürməyi bacaran ölkəyik. Biz bunu dəfələrlə etdik və yenə də edə bilərik. Bu müharibə artıq bitməlidir. Biz səylərimizi daha çox sülhün əldə olunmasına yönəltməliyik. Ümid edirik ki, yeni dövrdə bütün münaqişələrin və müharibələrin bitdiyi bir dünyaya çatarıq”.

Tacxeber.com

Oxşar xəbərlər

Eynşteynin məktubu 4 milyon dollara satıldı-FOTO

admin

Rusiyanın 100 iş adamı Tehrana getdi

redaktor

Ukraynaya nüvə bombası atılacaq? – Makrondan sətiraltı mesaj

redaktor