4 C
Bakı
26 Dekabr 2025 09:55
Dünya

Bu ölkədən gətirilən yumurtadan 80 nəfər infeksiyaya yoluxdu

2024-cü ildə 80 İsveç sakini Ukraynadan gətirilən toyuq yumurtasını yedikdən sonra salmonellyoza yoluxub.

 

Tacxeber.com report-a istinadən xəbər verir ki, bu barədə “Sweden Herald” Milli Qida Agentliyinə istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, xəstə olanlar bərk qaynadılmış və ya kifayət qədər isidilməmiş yumurta yeyiblər. Vurğulanıb ki, sonuncu xəstə infeksiyaya yoluxan digər xəstənin olduğu restoranda olub.

 

Nəşr bildirib ki, Ukraynadan gətirilən toyuq yumurtaları ölkəyə daxil olmamışdan öncə yoxlamadan keçir. Agentlik isə dəfələrlə isveçlilərə Norveç, Finlandiya və Danimarka məhsulları istisna olmaqla, xaricdən gətirilən çiy yumurta istehlak etməməyi tövsiyə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Xırdalanda “Kristal Abşeron”un parkı bağlandı, ağaclar yoxa çıxdı – FOTO

redaktor

Ramiz-şou: ilkin nəticələri və davamı.

redaktor

Gələn ay miqrant uşaqları üçün qadağa qüvvəyə minir – Azərbaycanlılar nə edəcək?

redaktor