22 C
Bakı
16 Oktyabr 2026 10:57
DünyaPlanet

Beyni süni intellektə qoşulmuş siçan alimləri təəccübləndirdi – FOTO

Rusiyalı alimlər dünyada ilk dəfə siçanın beynini süni intellektə qoşublar. O, istənilən suala düzgün cavab verə bilib.

 

“RIA Novosti”nin verdiyi məlumata görə, bu barədə “Neiry” biotexnologiya laboratoriyasından məlumat verilib. Xəbərdə bildirilib ki, unikal təcrübənin ilk nəticələri hazırdır.

 

“Dünyada ilk dəfə alimlər və tərtibatçılar siçanın beynini süni intellektə qoşublar. Siçan klaviatura vasitəsilə istənilən suala cavab verə bilir”, – deyə laboratoriyadan bildirilib.

 

Alimlər “Pifiya” adlı laboratoriya siçanının beynini neyrointerfeysə qoşublar. Qurğu düzgün cavabları təklif etmək üçün beynin elektrik stimulyasiyasından istifadə edən süni intellektlə işləyir. Neyrointerfeysə qoşulmuş elektrodlar gəmiricinin beyninin müəyyən hissələrini stimullaşdıra bilir. “Bəli” cavabı zamanı sınaq obyektində bir yerdə, “xeyr” cavabı zamanı isə başqa yerdə xüsusi hisslər yaranırdı. Hər düzgün cavab üçün siçan mükafat alırdı.

 

Qoşulmuş süni intellekt sayəsində siçan kvazarlar, mielin qişaları, “Python” proqramlaşdırma dili haqqında suallara cavab verə bilib, hətta Albert Eynşteynin doğum tarixini düzgün bilib. Tədqiqatçılar vurğulayırlar ki, yaxın gələcəkdə bu cür neyrointerfeysləri insanlara da implant etmək mümkün olacaq ki, bu da insan intellekti üçün həqiqətən sonsuz imkanlar açacaq.

 

İnvaziv neyrointerfeysinin hazırlanması üzrə laboratoriya layihəsi “Süni İntuisiya” adlandırılıb. (Oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə doqquz ildən sonra ilk dəfə Ermənistanın Müstəqillik Gününü yüksək səviyyədə qeyd etdi

redaktor

“Krasnov”un siyasi ömrü gödəldikcə Putinin ondan tələbləri artacaq

redaktor

Zelenskinin Trampla bağlı  sərt tənqidi fikirləri ilə bağlı Avropa liderlərinin təşvişi (şoka düşüblər.)

redaktor