Dünya

Zelenski Bakıya gələcək

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitində iştirak edəcək dövlət və hökumət başçılarının adları açıqlanıb.

 

Tacxeber.com xəbər verir ki, sammit üçün Bakıya gələcək liderlər arasında Ukrayna Prezidenti Volodimir Zelenskinin də adı var.

 

3 həftə əvvəl isə onun COP 29-da iştirak etməyəcəyi barədə məlumatlar yayılmışdı.

 

Qeyd edək ki, Ukrayna Respublikasının 6-cı prezidenti olan V.Zelenski sonuncu dəfə Bakıya 2019-cu ilin dekabrında rəsmi səfər etmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Dağıstanın keçmiş baş naziri Müdafiə Nazirliyindən 108 milyon oğurlayıb

redaktor

İranın yeni XİN rəhbəri kimdir? – Vətən müharibəsində Azərbaycana gəlib

redaktor

İnsulin iynələri tarixə çevrilir?

redaktor