19 C
Bakı
23 İyun 2025 22:41
Dünya

Mehdi Xəlilbəyli məhkəmə zalından azadlığa buraxıldı

Almaniyadan mühacirətdən qayıdandan sonra həbs edilən Müsavat fəalı Mehdi Xəlilbəylinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

 

Tacxeber.com “Qafqazinfo”ya istinadən məlumatına görə, Səbail Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

 

Hökmə əsasən, M.Xəlilbəyli verilmiş ittihamlarla təqsirli bilinib. Amma ona 2 il sınaq müddəti seçilməklə 4 il şərti cəza verilib.

 

O, məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, M.Xəlilbəyli bu ilin əvvəlində Avropadan Bakıya qayıdarkən hava limanında saxlanılıb. Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Onun Bakıya könüllü olaraq, istintaqa təslim olmaq üçün gəldiyi bildirilib.

 

Ona qarşı Cinayət Məcəlləsinin 220 (kütləvi iğtişaş), 221 (xuliqanlıq) və 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunub.

Tacxeber.com

Oxşar xəbərlər

İsrail İranın “Bəsic” təhlükəsizlik qərargahını məhv edib

redaktor

Vuçeviç istefa verdi – SON DƏQİQƏ

redaktor

“AZAL təyyarəsinin “qara qutu”sunda internetə “sızdırılandan”dan daha fərqli məlumat var”

redaktor