24 C
Bakı
26 Sentyabr 2025 16:38
Dünya

İnstaqramda yaşını gizlədənlərə xəbərdarlıq – Yeni funksiya gəlir

İnstaqram azyaşlı istifadəçilərin girişini məhdudlaşdırmaq üçün yenilik edib.

 

Tacxeber.com milli.az-a istinadən xəbər verir ki, “Meta” yaşı 16-dan az olan istifadəçilərin yaşlarını yanlış göstərmələrinin qarşısını almaq üçün “Adult Classifier” adlı süni intellekt əsasında işləyən funksiya üzərində çalışır.

 

Bu alət istifadəçilərin izlədiyi hesablar, əlaqəli olduğu məzmun və şübhəli davranışları təhlil edərək yaşlarının 18-dən az olduğunu müəyyənləşdirə biləcək.

 

Əgər istifadəçi yaşı barədə saxtakarlıq edərsə, yaşını sübut etmək üçün biometrik analiz və ya rəsmi şəxsiyyət vəsiqəsi təqdim etməsi tələb oluna bilər​

 

Məlumatda qeyd olunur ki, bu, “Meta”nın Instagram kimi platformalarda təhlükəsizliyi artırmağa yönəlmiş addımıdır və uşaqların böyüklər üçün nəzərdə tutulmuş məzmunlara daxil olmasının qarşısını almaq üçündür.

Tacxeber.com

Oxşar xəbərlər

Kanadada sürücü avtomobili izdihamın üzərinə sürdü.

admin

Mark Zukerberqdən “Facebook”, “Whatsapp” və “Instagram”la bağlı ŞOK ADDIM

redaktor

Paşinyan düz sərhədimizə gəldi – SƏBƏB

redaktor