Mədəniyyət

Həbsdə olan bəstəkardan möhtəşəm musiqi: “REPUTASİYA”

 

Həbsdə olan tanınmış bəstəkar Tural Bayraməliyev bəstələdiyi “Reputasiya” adlı kompozisiyasını Azərbaycanda keçiriləcək COP29-a həsr edib.

 

Yenisabah.az-a açıqlamasında bəstəkar bildirib ki, İqlim Dəyişikliyi Beynəlxalq Konfransına ev sahibliyi etmək böyük bir reputasiyadır və bu, hər bir vətən, millət, dövlət sevən azərbaycanlını sevindirməlidir.

 

“Bir sənət adamı olaraq bütün dünyaya çağırış edərək söyləmək istəyirəm ki, gəlin dünyamızı, gələcəyimizi, insanımızı və təbiətimizi bütün təhlükə və fəsadlardan, çirkinliklərdən qoruyaq”.

 

Xatırladaq ki, “Reputasiya” adlı kompozisiyanın aranjımanını İlkin Həsən edib.


Tacxeber.com

Oxşar xəbərlər

“Plastik əməliyyatdan qorxuram, 90 yaşımda fikirləşərəm”

redaktor

Ofeliya Sənani göz yaşı tökdü

redaktor

Vəfat edən Xalq artistinin oğlu: “50 il sonra başa düşəcəklər ki, necə böyük sənətkarı itiriblər”

redaktor