16 C
Bakı
27 Sentyabr 2025 05:26
Dünya

Türkiyədə silahlı robot itlər xidmətə hazırlanır – FOTO

Türkiyə müdafiə sənayesi tərəfindən hazırlanan silahlı robot itlər xidmətə hazırlanır.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

 

Bildirilib ki, bu robotlar 600 metr məsafədən dəqiq atəş edə bilirlər və 7,62 və 5,56 mm-lik silahlarla təchiz olunublar.

 

Qeyd olunub ki, robotların silahlanması yüksək riskli əməliyyatlarda insan itkilərini minimuma endirməklə hərbi hissələrə məqsədlərinə çatmaq imkanı verir. Xüsusilə düşmən xəttinə yaxın ərazilərdə patrul vəzifəsini yerinə yetirən, təhlükələri təhlil edən və lazım gəldikdə birbaşa müdaxilə edən robotlar hərbi strategiyalara əhəmiyyətli dərəcədə təsir göstərir.

 

Silahlı robot it snayperlərlə yanaşı nümayiş atışları həyata keçirəcək və öz performansından nümunələr göstərəcək.



Tacxeber.com

Oxşar xəbərlər

Bu hadisə olimpiadalar tarixinin, yəqin ki, ən böyük fırıldağıdır.

admin

Azərbaycanın beynəlxalq axtarışa verdiyi milyarder Ermənistanda saxlanılıb.

admin

Erməni blogerdən şok idddia – Qaregin kilsələri fahişəxanaya çevirib

redaktor