Dünya

Məşhur iranlı həkimin Azərbaycandan çıxışına qadağa qoyula bilər

Məşhur iranlı fizioterapevt Seyed Mohammad (Məhəmməd) Moeınıfardın Azərbaycandan çıxışına məhdudiyyət qoyula bilər.

 

Tacxeber.com-ın Qaynarinfo-ya istinadən məlumatına görə, həkimlə bağlı İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət edilib.

 

Məhkəmədə onun “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” iddia qaldırılıb. İşə hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.

 

O, saytımıza açıqlamasında 3-4 min manat arası vergi borcunun olduğunu təsdiqləyib.

 

Qeyd edək ki, Məhəmməd Moeınıfard Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 3 ünvanında yerləşən “MS Klinikası”nda uzman fizioterapevt işləyir.

Tacxeber.com

Oxşar xəbərlər

İran təkcə İsrailə təhdid yaratdığı üçün hədəf seçilməyib.

admin

Bəşər Əsədin qardaşı saxlanıldı – İDDİA

redaktor

Bu ölkədən gətirilən yumurtadan 80 nəfər infeksiyaya yoluxdu

redaktor