Dünya

Ayətullah Sistani İran-İsrail gərginliyi fonunda İraqın siyasəti ilə bağlı danışdı

“İraqda silah yalnız dövlətin əlində olmalıdır”.

 

Tacxeber.com xəbər verir ki, “Azad İran” “Telegram” kanalının məlumatına görə, bunu İraqda nüfuzlu ruhani liderlərindən olan ayətullah Əli Sistani BMT-nin nümayəndə heyəti ilə görüşdə bəyan edib.

 

O, İsrailin Qəzza və Livandakı müharibəsi, bəzi İraq qruplarının İsrailə raket və pilotsuz təyyarələrlə hücumları, həmçinin İranın İsrailin bu ölkəyə qarşı son hava hücumuna cavab vermə ehtimalı ilə yaranan görünməmiş gərginlik fonunda ölkəyə xarici müdaxilənin müxtəlif aspektlərinin qarşısının alınmasının vacibliyini vurğulayıb.

 

Sistani, həmçinin, qanunun aliliyi, silahın yalnız dövlətin ixtiyarında olması və bütün sahələrdə korrupsiya ilə mübarizənin zəruriliyini qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

İranın sərt etirazı: Biz yəhudiləri Hitlerin əlindən xilas etdik, onlar isə bizi bombalayır

redaktor

ABŞ şirkəti dünyanın ən sürətli zirehli avtomobilini yaratdı – Qiyməti nə qədərdir?

redaktor

106 yaşlı qadın bu vərdişə görə uzun ömür sürüb

admin