12 C
Bakı
29 Mart 2026 02:20
Sağlamlıq

İstilik batareyalarının üzərinə limon qabığı qoysanız…

Sınaqdan keçirmək olar…

istilik-batareyalarinin-uzerine-limon-qabigi-qoysaniz

Havalar soyuyan kimi bir çoxların evində kombi və istilik sistemləri işə düşür. Həmin sistemlər isə evdəki nəmliyin azalmasına səbəb olur. Çox vaxt havadakı quruluğun qarşısını almaq üçün istilik batareyalarının yanına su qoyuruq. Lakin bilmədiyiniz bir üsul da var. Bu, limon qabıqlarıdır.

 

Belə ki, istilik batareyalarının üzərinə limon, portağal və ya mandarin qabığı qoymaq olar. Bu, evdəki qoxunun gözəlləşməsinə səbəb olacaq. Eyni zaman təravətli qoxu yayıldığı üçün günün yorğunluğunu və stressi aparacaq.

 

Limonun xoş ətrinin həm də anti-bakterial özəlliyi var ki, bu da havadakı pis qoxunu, mikrobları və bakteriyaları təmizləməyə kömək edir. Həmçinin burnun açılmasına müsbət təsir edir.

Tacxeber.com

Oxşar xəbərlər

Alkoqol 7 növ xərçəng yaradır – Kişilər təhlükədə

admin

Ətirli şamlar xəstə edə bilər: həkimdən xəbərdarlıq

redaktor

Mobil telefonun yaratdığı 5 XƏSTƏLİK

admin