8 C
Bakı
09 Fevral 2026 12:42
DünyaGündəm

Zurabişvili prokurorluğa çağırıldı

zurabisvili-prokurorluga-cagirildi

 

Gürcüstan Prezidenti Salome Zurabişvili prokurorluğa çağırılıb.

 

Tacxeber.com TASS-a istinadən xəbər verir ki, Zurabişvili ölkədə keçirilən parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı açıqlamalarına görə dindiriləcək.

 

Prosesin oktyabrın 31-də keçirilməsi planlaşdırılır.

 

Gürcüstan prokurorluğu prezident, partiya və müşahidəçilər tərəfindən səsləndirilən bütün məsələləri araşdıracağını, eləcə də seçkilərin saxtalaşdırılması ilə bağlı hansısa məlumata sahib ola biləcək bütün şəxsləri dindirəcəyini vəd edib.

 

Bununla yanaşı, seçkiqabağı kampaniya və seçki günü ayrı-ayrı pozuntularla bağlı araşdırmalar aparıldığı da qeyd olunub.

 

Xatırladaq ki, oktyabrın 26-sı baş tutan parlament seçkilərində Gürcüstanın hakim “Gürcü arzusu” partiyası 53,93 faiz toplayıb. Parlamentdə yer alan dörd müxalif qüvvə (“Dəyişikliklər naminə Koalisiya” bloku, “Birlik – Milli Hərəkat” partiya koalisiyası, “Güclü Gürcüstan”, “Gürcüstan üçün Qaxariya” partiyası), eləcə də ölkə Prezidenti Salome Zurabişvili seçkilərin nəticələrini tanımaqdan imtina edib.

Tacxeber.com

Oxşar xəbərlər

“The Washington Post”: Darya Duqinanı Ukrayna kəşfiyyatı öldürüb.

admin

Lalə Azərtaşın verilişində yenə dava düşdü: Vəziroğlu şikayətçini döymək istədi – Video

redaktor

Kim Çen Inın bacısı: Həddindən artıq hürürlər, məhv edəcəyik

redaktor