12 C
Bakı
29 Mart 2026 00:38
Dünya

Dost-düşməni tanıyan “Gökbey” – Video

dost-dusmeni-taniyan-gokbey

Türkiyənin ilk milli çoxməqsədli “T625 Gökbey” helikopteri jandarma qüvvələrinə təhvil verilib.

 

“Qafqazinfo” yerli mediaya istinadən xəbər verir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

 

Türkiyənin ilk istehsalı olan çoxməqsədli helikopter, “Gökbey”, Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən təchiz edilib.

 

Bir neçə gün öncə Ankarada məhz bu helikopterlərin istehsal müəssisələrinə edilən terror hücumundan sonra “Gökbey”lərin göylərə çıxaması da təsadüf sayıla bilməz.

 

Terrorla mübarizədə ən effektiv üsullardan birinə çevriləcək “Gökbey”lərin həm də dost-düşmən tanıma kimi xüsusiyyəti var.

 

Helikopterdə təxminən 34 fərqli avionika sistemindən istifadə olunur, bunlar arasında uçuş idarəetmə kompüteri, milli rabitə sistemləri, identifikasiya sistemləri, modul displeylər, panellər, naviqasiya sistemləri və s. mövcuddur.


Tacxeber.com

Oxşar xəbərlər

İranda Pakistana zərbə endirmək qərarını kim verib?

admin

Dünya əhalisinin sayı 8 milyard oldu

admin

Tramp: Səndən 20 dəfə güclü birinə qarşı müharibə başlada bilməzsən

redaktor