Cəmiyyət

Sükan arxasında səhlənkarlıq edən “BakuBus” sürücüsü CƏZALANDIRILDI – VİDEO

Ötən gün “BakuBus” MMC-nin istismarında olan “Airport express” xətti üzrə hərəkət edən avtobusun sürücüsünün sükan arxasında mobil telefondan istifadə etməsi ilə bağlı videogörüntü yayılıb.

 

Tacxeber.com xəbər verir ki, “BakuBus”ın mətbuat katibi Əsmər Əliyeva oxu.az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı dərhal araşdırma aparılıb və fakt təsdiqini tapıb.

 

“Daxili araşdırma nəticəsində sürücü Ramil Qurban oğlu Qurbanova nizam-intizam qaydalarına uyğun olaraq, inzibati tənbeh verilib.

 

Sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək bizim əsas prioritetimizdir.

 

Sürücülərimizin bütün təlimatlara əməl etməsi və məsuliyyətlə davranması üçün davamlı addımlar atılır və bu istiqamətdə nəzarət tədbirləri daha da gücləndirilməkdədir”, – deyə açıqlamada vurğulanır.


Tacxeber.com

Oxşar xəbərlər

Qəzada əsas amil: yüksək sürət, yoxsa dönmə manevri?

redaktor

Nazir universitetlərdə təhsil haqlarının artırılmasını istəyir?

admin

Azərbaycanda saytların bloklanması asanlaşdırılır: “Bu, mediada özünüsenzuranı artıra bilər”

admin