28 C
Bakı
11 Avqust 2025 21:33
Siyasət

Fransa kəşfiyyatçılarını öz bayrağı altında Azərbaycanla sərhəddə yerləşdirməyə başlayıb – VİDEO

Oktyabr ayının əvvəlindən Avropa İttifaqının “müşahidəçi”lərinin Azərbaycanla sərhəddə baş çəkməsi halları artıb.

 

Bu gün daha bir qrup Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gətirilib.

 

Tacxeber.com xəbər verir ki, “Report”un əldə etdiyi kadrlardan açıq görünür ki, indiyədək “müşahidəçilər” Avropa İttifaqına məxsus avtomobillərdə hərəkət etdiyi halda, bu gün sərhədə gələn 3 avtomobildən birinin üzərində Fransa bayrağı dalğalanıb.

 

Sərhəd kəndə gələn avtomobillərdə 6 nəfər mülki geyimli şəxs olub. Bu şəxslərin Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olduğu da istisna deyil.

 

Görünür, Fransa artıq Aİ adı altında maskalanmadan kəşfiyyat orqanlarının əməkdaşlarını açıq şəkildə öz bayrağı altında Azərbaycanla sərhəddə yerləşdirməyə başlayıb.

 

Bu, Ermənistanda revanşist qüvvələrə dəstək verən və yeni müharibəyə sövq edən Fransanın regionda sülh prosesinə zərbə vurmaq istiqamətində atdığı növbəti addımdır.

 

Oxşar xəbərlər

Hindistan Ermənistan vasitəsilə Azərbaycana qarşı müharibəyə başlayıb – ŞOK VİDEO

redaktor

Dövlət başçısı: Bəziləri özünü manyak kimi aparır

redaktor

Məşhur deputat Cavid Qurbanova görə “vurulub” – Şok təfərrüat

redaktor