Dünya

Zelenskini maliyyələşdirən milyonçu vəfat etdi

 

Ərəb əsilli ukraynalı investor, “KADORR Group” korporasiyasının təsisçisi Adnan Kivan 62 yaşında vəfat edib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “KADORR Group”un mətbuat xidməti məlumat yayıb.

 

Ukraynanın UNİAN agentliyi qeyd edir ki, A.Kivan suriyalı ailədə anadan olub, təhsilini Odessada alıb, bu şəhərin əsas himayəçisi, “Kanal 7” və “Kyiv Post”un yaradıcısı olub.

 

“Strana” nəşrinin məlumatına görə, A.Kivan 2019-cu il prezident və parlament seçkilərində Volodimir Zelenskinin qərargahına, eləcə də “Xalqın xidmətçisi” partiyasından Ali Rada deputatlığına onlarla namizədə sponsorluq edib.

 

2021-ci ildə “Forbes” Adnan Kivanınsərvətini 240 milyon dollar (Ukraynanın 42-ci ən varlı adamı və ən varlı Odessa sakini) qiymətləndirib. Açıq mənbələrə görə, biznesmen özü sərvətini 1 milyard dollar qiymətləndirib./Oxu.az

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğanı təhqir edən Ümit Ozdağ restoranda QANDALLANDI – VİDEO

redaktor

Rusiya və ABŞ tərəfi Ukrayna münaqişəsinin həlli üçün yenə GÖRÜŞƏCƏKLƏR

redaktor

Netanyahu iranlıları hökumətə qarşı ayaqlanmağa səsləyib

redaktor