Dünya

Paşinyan: Dövlət çörək qazanmaq vasitəsidir, 1 milyon çox insanımız gedib

Dövlət yalnız öz vətəndaşlarının ümumi rifahını təmin etmək üçün bir vasitədir və ya xalqın dili ilə desək, çörək qazanmaq vasitəsidir.

 

Tacxeber.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə dövlət büdcəsi layihəsinin müzakirəsində deyib.

 

Onun fikrincə, dövlət özünü belə dərk etməlidir, vətəndaş da öz dövlətini belə dərk etməlidir, çünki dövlətin və xalqın dövlət haqqında təsəvvürü belə deyilsə, o dövlətin mövcudluğu perspektivi şübhə altındadır. Paşinyanın sözlərinə görə, məhz belə sistemli qavrayışın olmaması nəticəsində 1990-cı illərin əvvəllərindən Ermənistanın 1 milyondan çox vətəndaşının öz həyati rifah ehtiyacını ödəmək üçün Ermənistandan mühacirət etməsinin səbəbi olub.

Tacxeber.com

Oxşar xəbərlər

Saakaşvili: Rus oliqarxının əsirliyindəyəm

redaktor

TFF binasına silahlı HÜCUM: 7 dəfə atəş açıldı – YENİLƏNİB

redaktor

II Elizabetin tabutunu daşıyan gənc qəfil vəfat etdi – FOTO

admin