20 C
Bakı
22 İyun 2025 04:21
Sağlamlıq

Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Bağırsaqda poliplər, xoş və bədxassəli şişlər yaranır. Hazırda kolorektal onkologiya çox yayılıb. Bağırsaqda şişləri ayırd etmək çox zaman çətin olur.

 

Tacxeber.com medicina.az-a istinadən xəbər verir ki, cərrah Yen Jurdan hansı şişlərin daha təhlükəli olmasını açıqlayıb.

 

“Bağırsağın sağ tərəfindən olan şişləri kolonoskopiyada belə aşkarlamaq çətindir. Ona görə onlar kiçik ölçüdə olanda tapılmır, gec mərhələdə görünür. Hətta biz proktoloqlar deyirik ki, bağırsağın sağ və sol tərəfindən olan şişləri ayrıca xəstəlik kimi qəbul etmək və fərqləndirmək lazımdır.

 

Sol tərəfdəki şişlər siqmavari hissədə olur, aşkarlanması və müalicəsi, əməliyyatı asandır.

 

Sağ tərəfdə olan şişlər çox hamar olur, nəzərdən qaçır, ona görə 3-cü mərhələyə kimi gedir.

 

Sağ tərəf daha yumşaq və mayeli olduğundan orda şiş olduqda ağrı və köp, keçməməzlik də gec yaranır.

 

Sol tərəfdə olan şiş bağırsağı daha tez tutur, qəbizlik artır və keçməməzlik yaradır.

 

Ona görə sol tərəfdə şiş yarandıqda xəstələri daha çox xilas etmək olur”, – cərrah qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Səbəbsiz qızdırma xərçəngin əlamətidirmi? – Məşhur həkim açıqladı

redaktor

İnsanı kor edən – GÖZ TƏZYİQİ nədir?

redaktor

Faydalarını bilsəniz, işə velosipedlə gedib-gələcəksiniz

redaktor