19 C
Bakı
23 İyun 2025 22:32
DünyaSiyasət

İlkin nəticələr açıqlandı: Gürcü Arzusu 53 faizə yaxın səs yığıb

 

Gürücstanda Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 26-da keçirilən parlament seçkilərində seçici fəallığının 59 faizə yaxın olduğunu bildirib.

 

MSK məntəqələrin təxminən 70 faizindən gələn nəticələrə görə, hakim Gürcü Arzusu partiyasının 53 faizə yaxın səs topladığını açıqlayıb. Sonrakı yerlərdə Dəyişikliklər Naminə Koalisiya (11,19%), Birlik-Milli Hərəkat Koalisiyası (9,79%), Güclü Gürcüstan koalisiyası (9,05%) və Qaxariya Gürcüstan Naminə Birliyi (8,26%) qərarlaşıb.

 

Dəyişikliklər Naminə Koalisiyasının liderlərindən Nika Qvaramiya “Gürcü Arzu”sunun məğlub olduğuna əminliyini bildirib. O, hakim partiyanın ekzitpoll nəticələrinə görə, 70-dən az mandatı olduğunu iddia edib. Müxalifətdə yer alan Gürcüstan Naminə Koalisiyanın rəhbəri Georgi Qaxariya isə müxalifəti səslərin müdafiəsinə fokuslanmağa çağırıb.

 

Müxalifətdəki Vahid Milli Hərəkat Partiyasının sədri Tina Bokuçava koalisiya hökumətinin formalaşdırılması üçün danışıqlara hazırlaşdıqlarını bildirib. (AzadlıqRadiosu)

Tacxeber.com

Oxşar xəbərlər

Arazdəyənin üzərində Bayrağımız dalğalanır – Foto

redaktor

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

redaktor

Ukrayna məğlubdur, Qərbin dəstəyi onları daha çox öldürür – Karlson

redaktor