10 C
Bakı
30 Mart 2026 07:51
Dünya

Həbsdə olan Saakaşvili: “Seçkilərdə qalib gəldik!”

Gürcüstan həbsxanasında saxlanılan respublikanın keçmiş prezidenti Mixail Saakaşvili ölkədə keçirilən parlament seçkilərində rəhbərlik etdiyi partiyanın qalibiyyətini elan edib.

Tacxeber.comxəbər verir ki, bununla bağlı Saakaşvili özünün “Facebook” hesabında paylaşım edib.

“Seçkilərdə qalib gəldik!

İstənilən manipulyasiyalara baxmayaraq, heç bir güzəştdən, heç bir geri çəkilmədən söhbət gedə bilməz, hücum edəcəyik!”, – sabiq prezident qeyd edib.

Qeyd edək ki, “Edisson Research” şirkətinin keçirdiyi “exit-poll”un nəticələrinə görə, “Saakaşvilinin koalisiyası” – 16,7%, hökumətə məxsus “Gorbi”nin “exit-poll” nəticələrinə əsasən isə 11,6% səs toplayıb.

Xatırladaq ki, bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili bildirib ki, parlament seçkiləri ilə əlaqədar 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstandadır.

Tacxeber.com

Oxşar xəbərlər

İranın Əfqanıstanda yeni oyunu – VİDEO

redaktor

Psixoloq: “Valideynlərlə yaşamasanız, bütün xəstəliklər bədəninizdən çıxacaq, heç həkim lazım olmayacaq”

redaktor

Əliyevlə Paşinyan niyə məhz Ərəb Əmirliklərində görüşürlər?

admin