31 C
Bakı
13 Avqust 2025 17:32
DünyaGündəmSiyasət

“İndi Rusiya özü nəhəng problemə çevrilib”.

 

Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyaya gözlənilməz bağlılığı Qərblə əməkdaşlığın üstündən necə xətt çəkdiyini göstərir.

 

Bu barədə “Nyu York Tayms” nəşri yazıb.

 

Qeyd olunub ki, Rusiya Federasiyasının Pxenyanın nüvə ambisiyalarını cilovlamaq üçün ABŞ və Çin də daxil olmaqla, geniş koalisiya ilə əməkdaşlıq etdiyi günlər geridə qalıb.

 

“Bu, Rusiya siyasətində böyük dəyişiklikdir. Əgər əvvəllər Rusiya problemli ölkələrlə münasibətlərdə Qərbin faydalı tərəfdaşı kimi çıxış edirdisə, indi özü nəhəng problemə çevrilib”, – bunu Berlində yerləşən Karneqi Avrasiya Mərkəzinin Rusiyanın Asiya ilə əlaqələri üzrə eksperti Aleksandr Qabuyev nəşrə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, Rusiyanın ABŞ-ın rəhbərlik etdiyi dünya düzənindən qopması hətta Ukraynada müharibə bitdikdən sonra da uzun müddət davam edə bilər. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Erməni bloqerdən ETİRAF: “Mina terrorunun günahkarları İrəvandadır” – EKSKLÜZİV

redaktor

“Kanadada xalq ABŞ tərəfindən ölkənin müstəqilliyinə, suverenliyinə təhlükə hiss etdiyindən seçkidə onları seşdi” – Şahin Cəfərli

admin

Dnepropetrovsk vilayətinə kütləvi dron hücumu – “Hamısı vuruldu”

admin