12 C
Bakı
28 Mart 2026 00:52
Dünya

3 yaşlı uşaq içərisində 15 min manatlıq qızıl olan çantanı oğurladı – Video

Türkiyədə 3 yaşlı uşaq içərisi qızılla dolu olan çantanı oğurlayıb.

 

Tacxeber.com xəbər verir ki, hadisə İstanbulun Qaziosmanpaşa bölgəsində baş verib.

 

Belə ki, mağazaya alış-verişə gedən bir qadın içərisində 300 min lirə (təx. 15 min manat) dəyərində qızıllar olan çantanı fikirli halda yerə qoyub. Bu zaman arxadan gəlin 3 qadın yanlarındakı 3 yaşlı uşağa çantanı oğurlatdırıb.

 

Çantanın sahibi Özlem Barçının həyat yoldaşı bildirib ki, çantanın içərisində arvadına məxsus 3 bilərzik, bir qram və yarım qramlıq qızıllar, cib telefonu və nağd pul olub.

 

Həmin anlar mağazadakı təhlükəsizlik kameralarına düşüb.

 

Oxşar xəbərlər

Dəllək necə terrorçu oldu? – SENSASİON FAKTLAR

admin

“Bu nə axmaqlıqdır? Sənin xalqına Rusiya cavabdehdir?” – Aşotyan

admin

Keçmiş prezidentin arvadının pozları gündəm oldu – FOTO

redaktor