11 C
Bakı
29 Mart 2026 09:49
Cəmiyyət

“WhatsApp”da möhtəşəm FUNKSİYA: Çoxdan gözlənilən yeniləmə elan edildi

 

 

Populyar mesajlaşma tətbiqi “WhatsApp” kontaktların idarəedilməsi üsulunda çoxdan gözlənilən yeniləməni elan edib. Artıq istifadəçilər “WhatsApp Web” və “Windows” əməliyyat sistemi olan kompüterlər də daxil olmaqla istənilən cihazda təhlükəsiz şəkildə kontakt əlavə edə və redaktə edə biləcəklər.

 

Oxu.Az-ın “WhatsApp”ın bloquna istinadla məlumatına görə, əvvəllər bu imkan yalnız telefonlarda mövcud idi – istifadəçilər telefon nömrəsi və ya QR-kod istifadə edərək kontakt əlavə edə bilirdilər.

 

Bildirilir ki, yeni funksiya istifadəçiləri kontaktları telefon kitabçasında saxlamaq zərurətindən azad edir.

 

Tərtibatçılar bu yeniliyin xüsusilə ümumi cihazlardan istifadə edənlər, yaxud şəxsi və işgüzar yazışmaları müxtəlif “WhatsApp” hesablarında ayırmaq istəyənlər üçün faydalı olduğunu vurğulayıblar.

 

Bundan əlavə, birbaşa tətbiqə əlavə edilmiş kontaktları telefon itirildikdə və ya “WhatsApp”a başqa cihazdan daxil olduqda belə, bərpa etmək mümkün olacaq.

 

“WhatsApp” tərtibatçıları, həmçinin, kontaktları istifadəçi adı ilə saxlamaq və idarə etmək imkanı barədə gələcək planlarına işarə ediblər.

 

“Bunun sayəsində siz telefon nömrənizi açıqlamadan ünsiyyət qura biləcəksiniz, yazışmalarınız isə daha məxfi olacaq”, – deyə bloqdan vurğulanıb.

Tacxeber.com

Oxşar xəbərlər

Mixəyin 5 faydası

redaktor

Şahinin hansısa cinayətə görə saxlanılması… – Elçin Şıxlı

redaktor

Abel Məhərrəmovun general qardaşının idarəsi ləğv edilib: bu rəislər işsiz qalıb? – FOTOLAR

redaktor