CəmiyyətGündəmİqtisadiyyat

“Turbo.az”ın sahibi “Hepsiburada”nı niyə 1,13 milyard dollara aldığını açıqladı

Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri elan saytlarından 4-nün – “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ın sahibi olan milyarder Mixail LomtadzeTürkiyənin məşhur onlayn ticarət platforması olan “Hepsiburada”nın səhimlərinin 65%-ni satın almasından danışıb.

 

Tacxeber.com xəbər verir ki, Lomtadze bu barədə oktyabrın 22-də Almatıda keçirilən “Kursiv Ekosistemlər Forumu 2024: Rəqəmsal Ekosistemlərin Gələcəyi” adlı tədbirdə danışıb.

 

Mixail Lomtadze deyib ki, Türkiyə bazarı öz strukturu və iqtisadi göstəriciləri baxımından onlar üçün maraqlıdır: “Türkiyə Qazaxıstana çox bənzəyir. Bazarın ölçüsü bizim üçün çox vacibdir – 85 milyondan çox insan. Aldığımız şirkətin çox güclü menecmenti, vizyonu olan təsisçisi var. Şirkət öz xidmətlərinin keyfiyyətinə böyük diqqət yetirir. Bu, bizim üçün əsas amillərdən biri idi. Biz Türkiyə və “Hepsiburada”nı seçdik, çünki ölkənin cəlbedici struktur göstəriciləri var və şirkət unikaldır”.

 

Məlumat üçün bildirək ki, Gürcüstan vətəndaşı olan 49 yaşlı Mixail Lomtadze Qazaxıstanın ən böyük şirkətlərindən olan “Kaspi.kz”nin əsas səhmdarlarından biridir. Mixail Lomtadze eyni zamanda Qazaxıstanın ən böyük banklarından biri olan “Kaspi Bank”ın 23%-lik səhminə nəzarət edir. Mətbuatın yazdığına görə Mixail Lomtadze “Kaspi Bank”ın səhmlərini Nusultan Nazarbayevin hazırda həbsdə olan qardaşı oğlu Kayrat Satıbaldıulından alıb. “Forbes”in açıqladığı sonuncu (oktyabr 2024) məlumatda göstərilirdi ki, Mixail Lomtadzenin 5,8 milyard dollar sərvəti var.

 

Qeyd edək ki, 5 gün əvvəl – oktyabr ayının 18-də mətbuatda “Kaspi.kz” şirkətinin Türkiyədə məşhur Doğan ailəsinə məxsus olan “Hepsiburada” ticarət platformasının 65%-i üçün 1,13 milyard dollara ödədiyi barədə məlumat yayılıb. (yeniavaz.com)

Tacxeber.com

Oxşar xəbərlər

İlkin Fikrətoğlu: “Qarabağ”la bağlı elə bir VİDEOSÜJET hazırladı ki… MÜTLƏQ İZLƏYİN!

admin

Vəzifəli şəxs həbs edildi – 300 minlik rüşvət iddiası

admin

MSK “mədəni adam” Natiq Cəfərlinin şikayətini təmin etmədi

admin