21 C
Bakı
21 İyun 2025 23:25
Dünya

Fətullah Gülənin ölümü: Palata nömrəsi şoka saldı

Türkiyəni parçalamaq, məhv etmək məqsədilə 15 iyul dövlət çevrilişi cəhdini (2016) planlaşdıran və 251 nəfərin ölümünə səbəb olan FETÖ lideri Fətullah Gülənin öldüyü palata haqqında heyrətamiz bir detal ortaya çıxıb.

 

Tacxeber.com-ın verdiyi məlumata görə, bu barədə “Türkiye Gazetesi” xəbər yayıb.

 

Belə ki, demensiyadan, böyrək çatışmazlığı və şəkər xəstəliyindən müalicə olunan Gülən evindən təxminən 20 dəqiqəlik məsafədə yerləşən Müqəddəs Luka xəstəxanasının ikinci mərtəbəsində 251 nömrəli otaqda ölüb.

 

Türklərin ölümünü “gəbərdi” kimi ifadə edən Gülənin palatasının nömrəsi “belə təsadüf ola bilməz” düşüncələrinə və “ölümlə belə şifrələməyə davam etdilər” şərhlərinə səbəb olub.

 

Xatırladaq ki, Fətullah Gülən oktyabrın 20-də 83 yaşında Pensilvaniyada vəfat edib.//Oxu.Az

Oxşar xəbərlər

9-11 iyul: Putin üçün çətin günlər gəlir

redaktor

“Bitcoin” yenidən bahalaşır – SON QİYMƏTİ

admin

Vladimir Putin İlham Əliyevə zəng edib

redaktor