Cəmiyyət

DİQQƏT! Paytaxt yollarında yeni radar nişanları qoyuldu – FOTO

 

Paytaxt yollarında yeni nəsil radar xəbərdarlıq nişanları quraşdırılmağa başlanıb.

 

Tacxeber.com xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.

 

Qeyd olunub ki, yeni standartlara uyğun olan bu nişanlar artıq aeroport yolunda quraşdırılıb.

 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

 

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq yol nişanlarının yenilənməsi faktı təsdiqlənib:

 

“AYNA tərəfindən Azneft dairəsi – Hava limanı marşrutu üzrə bütün yol nişanları yenilənir. Bu istiqamətdə həyata keçirilən işlər çərçivəsində radar məlumatverici yol nişanları da yeni tərtibatda quraşdırılıb”, – deyə məlumatda bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər

“Kişinin kişi sifəti olar da, qadınlar nəyinizi bəyənsin?!” – FOTO

redaktor

REAL-ın qeydiyyatı ləğv edilsə, Erkin Qədirli mandatından imtina edəcək

admin

Azərbaycanlı müğənni “Qalatasaray”ın futbolçusu ilə evlənir?

admin