Cəmiyyət

Azər Həsrət: “Niyə şikayət edirsiniz? Səhər evdən çıxdım, nə tıxac gördüm, nə də su basmış yer…

“Camaat, niyə şikayət edirsiniz? Mən səhər saat 9.30-da evdən çıxdım. Maşınla. Televiziyaya getdim. Oradan çıxıb Elmlər Akademiyasına getdim. Orada da işimi bitirib saat 12.30 üçün evə döndüm – Naxçıvani küçəsinə. Nə bir tıxac gördüm, nə də su basmış bir yer…”

 

Tacxeber.com-ın xəbərinə görə, bunu Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət bildirib.

 

Onun sözlərinə görə, yollar təmiz, açıq, hərəkət də hətta adi günlərdəkindən daha rahat olub: “Yəni şikayətim yoxdur. Amma, düzdür, radioda deyirdilər ki, filan yeri su basıb, filan küçə bağlanıb və s…”

 

Sosial şəbəkədə A.Həsrətin bu yanaşmasını sarkazm adlandırıblar.

Tacxeber.com

Oxşar xəbərlər

Bir ayın əsgəri iynədən şoka düşüb öldü

admin

Qarabağ Universitetində təhsil alacaq tələbələrə ŞAD XƏBƏR

redaktor

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə mindi

redaktor