27 C
Bakı
10 Avqust 2025 03:00
CəmiyyətGündəm

Xaricdən 3 manata gətirilən toyuq əti marketlərdə 2 dəfə baha satılır – Qiymətlər

Bu ilin yanvar-avqust aylarında xaricdən Azərbaycana 39 milyon 532 min dollar dəyərində 22 min 771 ton toyuq əti gətirilib.

 

İdxal olunan toyuq ətinin 98%-i və ya 22 min 315 tonu ölkəyə dondurumuş şəkildə daxil olub.

 

Dondurulmuş toyuq ətinin 4,5 min tonu bütöv, 17,8 min tonu isə hissələrə ayrılmış şəkildə idxal olunub. İdxal olunan toyuq ətinin 1 kiloqramının gömrük dəyəri isə 2,9 manat (1,7 dollar) olub.

Qeyd edək ki, ötən ilin analoji dövründə xaricdən Azərabaycana gətirilən toyuq əti bu ilin yanvar-avqust aylarında idxal olunan toyuq ətindən 33,5% və ya 5 min 596 ton az olub.

 

Ötən ilin yanvar-avqust aylarında idxal olunan toyuq ətinin 1 kiloqramının gömrük dəyəri 2,6 manat (1,5 dollar) olub.

Açıqlanan məlumatlardan da göründüyü kimi son bir ildə idxal olunan toyuq ətinin gömrük dəyəri 7,7% və ya 20 qəpik aşağı düşüb.

 

Məlumat üçün bildirək ki, bu ilin sentyabr ayında idxal olunan toyuq ətinin 1 kiloqramənın orta satış qiyməti marketlərdə 6 manat olub. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər

Şüşə qablarda plastik butulkalardakından daha çox mikroplastik VAR İMİŞ…

redaktor

Nəsildə xərçəng varsa, hər kəs xəstə ola bilər?

admin

“Atam rəhmətə gedəndə sevgilisi gəlib anama dedi ki…” – Əliağa Vahidin qızı

redaktor