12 C
Bakı
29 Mart 2026 04:42
İdman

Neymar ağladı – “Hər gün əzab çəkirdim”

Neymar ağladı - “Hər gün əzab çəkirdim”

Braziliya millisinin və “Əl-Hilal”ın hücumçusu Neymar çarpaz bağın yırtılmasından sonra sağalmasından danışıb.

 

“Qafqazinfo” xəbər verir ki, o, “NR Sports” yutub kanalında fikirlərini bölüşərkən ağlayıb.

 

“Həyatda ən çox sevdiyim şey futbol oynamaqdır. Oynamadığım üçün hər gün əzab çəkirdim”, – futbolçu deyib.

 

Qeyd edək ki, “Əl-Hilal” Neymarı oktyabrın 21-də “Əl-Ayn” ilə keçiriləcək Asiya Çempionlar Liqası matçı üçün heyətə daxil edib.

 

Xatırladaq ki, Neymar ötən ilin oktyabrında, Braziliya millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvaya qarşı keçirdiyi görüşdə (0:2) zədələnib.

Oxşar xəbərlər

Bu gün DÇ-2022 də 4 oyun keçiriləcək

admin

Üç futbolçu millinin heyətindən uzaqlaşdırıldı

admin

Cüdoçumuz erməni rəqibinə altı saniyəyə ipponla qalib gəldi – VİDEO

redaktor