11 C
Bakı
27 Mart 2026 17:28
Kriminal

Ağadadaş Ağayevin cinayət işi üzrə hakim təyin edildi

 

Oktyabrın 23-də Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçiləcək.

 

Modern.az-ın məlumatına görə, Binəqədi rayon məhkəməsində keçiriləcək iclasa hakim təyin edilib.

 

Belə ki, iş üzrə hakim Vüsal Tağıyevdir. Cinayət işi üzrə iki zərərçəkmiş tanınıb, bunlar Nurəddin Cəlilov və Nəzakət Paşayevadır.

 

Qeyd edək ki, bu ilin iyul ayında Xalq artisti Ağadadaş Ağayevlə “MedEra Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib.

 

Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.

 

Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham edilir. Qeyd edək ki, bu maddə üzrə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Tacxeber.com

Oxşar xəbərlər

Meşədə meyiti tapılan tibb bacısı görün kimin xanımı imiş – FOTO

redaktor

Türkiyə polisinin saxladığı iş adamı azərbaycanlıdır? – Foto

admin

Xankəndidə usta belində “Makarov”la tutuldu – Boş evlərə daxil olub və…

admin