12 C
Bakı
28 Mart 2026 08:45
Sağlamlıq

Qulağa su dolması

Qulağa suyun dolması hamamda çimərkən və ya dənizdə, havuzda üzərkən sıx-sıx rastlaşdığımız vəziyyətdir. Əgər sağlam qulağınız varsa, təmiz və ilıq suyun qulağa düşməsinin heç bir qorxusu yoxdur. Amma yenədə insanı narahat edir.
– qulağa düşən suyun temperaturu çox önəmlidir;

– kimyəvi tərkibi çox önəmlidir. Şampunlu su qulağın qoruyucu qatını pozur. Nəticədə belə su qulağa daha çox təsir edir.

 

Əgər qulağınızda problem varsa, qulaqda əməliyyat keçirilibsə, qulaq pərdəsinin tamlığı pozulubsa, otit varsa qulağa düşən su çox təhlükəli ola bilər. Belə hallarda heç bir tədbir gormədən birbaşa həkimə müraciət edin.

 

Qulağa su düşən zaman nə etməli?
– Başı tərpədib və əlin biləyə yaxın hissəsiylə başa bərk vurmaq;
– Su düşən qulağını yastığa qoyub yatmaq;
– Ovuc içini qulaq dəliyinə qoyub bərk sıxıb buraxıb vakuum effekti yaratmaq;
– Feni zəif dərəcədə qoyub uzaqdan qulağa tutmaq;
– Apteklərdə antiseptik qulaq damcısı alıb qulağa tökmək.
Bunların heçbiri kömək etməzsə dərhal həkimə müraciət edin.

Tacxeber.com

Oxşar xəbərlər

İmmuniteti yüksəldən arı südü nədir? – Faydaları və istifadə qaydaları

redaktor

Qışda enerjimizin azalmasının mühüm səbəbi: Günəşin girmədiyi evə həkim girər

redaktor

Kalsium azlığı ürəyin qəfil dayanmasına səbəb olur

redaktor