19 C
Bakı
26 Sentyabr 2025 20:39
DünyaSiyasət

“O, mənim dəli olduğumu bilir” – Tramp

ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib ki, Pekin onun prezidentliyi dövründə “Tayvana daxil olarsa” Vaşinqton Çinə əlavə rüsumlar tətbiq edəcək.

 

 Tacxeber.com Publika.az-a istinadən xəbər verir ki, o, bu barədə “The Wall Street Journal”a müsahibəsində bildirib.

 

“Əgər Tayvana hücum etsəniz, sizə 150%-200% gömrük rüsumu tətbiq edəcəyəm”, – Tramp qeyd edib.

 

Dövlət başçısı kimi “Tayvanın blokadasına qarşı hərbi gücdən istifadə edib-etməyəcəyi” ilə bağlı suala isə respublikaçı belə cavab verib:

 

“O, (Si Cinpin – red.) mənə hörmət etdiyi və dəli olduğumu bildiyi üçün bunu etmək məcburiyyətində qalmayacağam”.

Tacxeber.com

Oxşar xəbərlər

7,4 bal gücündə zəlzələ olacaq – Sensasion iddia

redaktor

“Fransanın hər hansı bir formatda yer alması Azərbaycan üçün “olmazsa-olmaz” məsələsi kimi baxılacaq”

admin

“Bir axmaq tapan kimi işdən çıxacam” – Mask

redaktor