İranın rəhbərliyi ilə bağlı həssas məqam yaxınlaşır.
Tacxeber.comxəbər verir ki, bunu “Sky News” telekanalına müsahibəsində Britaniyanın gizli kəşfiyyat xidməti olan “MI6”nın keçmiş rəhbəri Con Soyers deyib.
“İran, ümumiyyətlə, İsraillə böyük münaqişədən kənarda qalmağa çalışıb, bunun əvəzinə öz proksi qüvvələrinin (HƏMAS və ya Hizbullah) Təl-Əvivlə qarşıdurmasına üstünlük verib. Səbəb isə Xameneinin səhhətindəki problemlərə görə getməsi və İranın yeni ali rəhbərinin seçilməsidir”, – deyə Con Soyers vurğulayıb.