20 C
Bakı
22 İyun 2025 04:15
Cəmiyyət

COP29 bitəndən sonra zolaqlar ləğv olunacaq? – Rəsmi cavab

 

“COP29 tədbirindən sonra heç bir avtobus, velosiped və digər xüsusi zolaqlar ləğv olunmayacaq”.

 

Bunu “Qafqazinfo”ya açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov deyib.

 

“COP29-un əməliyyat tədbirləri, nəqliyyat əməliyyatlarının səmərəli təşkili üçün müəyyən zolaqlar təşkil olunub ki, onlarda COP29 loqoları var. Həmin loqolar tədbirdən sonra silinəcək. Onlar artıq nəqliyyat vasitələrinin hərəkət zolağı kimi fəaliyyət göstərəcək. Loqolar isə qırıq-qırıq nişanlanma xətləri ilə əvəz ediləcək. Həmin zolaqların bəzilərinin isə ümumi zolaq şəbəkəsinə daxil edilməsi nəzərdə tutulur”, – o bildirib.

 

Qeyd edək ki, artıq Bakıda 31 küçə və prospektdə 89 km xüsusi hərəkət zolağı təşkil edilib. Müxtəlif ərazilərdə təşkil edilən həmin zolaqlarla gün ərzində 68 min dəfəyə yaxın avtobus hərəkət edir və 900 mindən çox sərnişin daşınır.

Tacxeber.com

Oxşar xəbərlər

Jurnalist Nurlan Libre saxlanılıb

redaktor

Bir dəfəyə 12 kiloqram arıqladan TƏHLÜKƏ – Qeydiyyatdan keçməyən kofe ölkəyə necə DAXİL OLUR?

redaktor

22 milyonluq mülkiyyətin şəriki Ramiz Mehdiyev imiş

redaktor