SSRİ dağıldıqdan sonra Ukrayna böyük nüvə silahı ehtiyatlarına malik oldu.
Tacxeber.com xəbər verir ki, bu ölkənin ərazisində hər biri altı döyüş başlığı olan 130 ədəd UR-100N qitələrarası ballistik raket, hər biri on döyüş başlığı olan 46 ədəd RT-23 “Molodets” raketi və 38 ağır bombardmançı yerləşirdi.
Bundan başqa bu keçmiş Sovet respublikasinda SSRİ Silahlı Qüvvələrinin Strateji Raket Qüvvələrinin keçmiş 43-cü raket ordusunun birləşmələri də bazalaşmışdı.
Lakin 1996-cı ilə qədər Budapeşt Memorandumu çərçivəsində bütün döyüş başlıqları, o cümlədən taktiki silahlar, Ukraynadan çıxarıldı. Bu sənəd SSRİ-nin dağılmasından sonra Ukraynada qalan sovet nüvə silahları ilə bağlı uzunmüddətli danışıqları başa çatdırdı.