30 C
Bakı
10 Avqust 2025 13:49
CəmiyyətHadisəKriminal

Hərbçimiz özünü öldürdü.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Gözəlov Novruz Fikrət oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.

 

Prokurorluqdan verilən məlumata görə daxil olmuş məlumata əsasən  Gəncə hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

 

Fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq, zəruri istintaq hərəkətləri həyata keçirilib.

 

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır. Allah hərbçimizə rəhmət eləsin. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Yusif Səfərov küçəsində velosiped zolaqları SALINIB – FOTO

redaktor

Azərbaycanda bu məhsullar bahalaşdı – VİDEO

redaktor

Ermənilərin bu əməli ekoloji terrordur – ETSN

redaktor