19 C
Bakı
26 Sentyabr 2025 01:51
CəmiyyətHadisəVideo

Gəncədə yaşayış binasında partlayış nəticəsində 2 nəfər ölüb – Video

Tacxeber.com FHN-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki,  Gəncə şəhərində İsaq Cəfərov küçəsində yerləşən yaşayış binalarının birində partlayış baş verib.

 

Verilən məlumatda bildirilir ki, əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış nəticəsində dağıntı yarandığı müəyyən edilib və iki nəfər vəfat edib.

 

Baş verən bu fəlakət nəticəsində ölənlərin 1980-ci il təvəllüdlü Könül Xudaverdiyeva və 1962-ci il təvəllüdlü Mehriban Paşayeva olduğu müəyyən edilib.

 

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Eynşteynin həyat yoldaşına imzalatdığı evlilik müqaviləsi

redaktor

Ekoloqların ardınca ordumuz Xankəndiyə girir? – Mühüm açıqlama

admin

Sərhədçilərimizin atəşə tutulma ANI – VİDEO

redaktor