12 C
Bakı
28 Mart 2026 03:05
Cəmiyyət

“Bakıkart”la bağlı mühüm açıqlama: Vəsaitlər silinir?

 

“Bakıkart” mobil tətbiq bərpa olunduqdan sonra sərnişinlər hesablarındakı vəsaitdən istifadə edə biləcəklər.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) keçirilən ictimai dinləmədə AYNA rəsmiləri qeyd edib.

 

Məlumata görə, vətəndaşlar ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “Bakıkart” kartlarından və mövcud digər alternativlərdən (məsələn, “BirBank” və “M10” tətbiqlərində QR-kodlar yaratmaqla) istifadə edə bilərlər.

 

Həmçinin bildirilib ki, hazırda vətəndaşlar “BakıKart”ın balansını artırmaq üçün daha çox imkanlara sahibdirlər. “Bakı Metropoliteni”nin stansiyalarında “BakıKart” yükləmə aparatları sərnişinlərin ixtiyarındadır. Həmçinin hazırda Bakı şəhərinin bütün ərazisini əhatə edən xeyli sayda “MilliÖn” ödəmə terminalı “BakıKart” ödənişini qəbul edir.

Tacxeber.com

Oxşar xəbərlər

Ramiz Mehdiyev faktoru hakimiyyətin həm içində, həm də qarşısında yeni siyasi hesablaşma mərhələsini başlada bilər.

redaktor

Üzrü qəbahətindən böyük icra hakimiyyəti: Başçının tökdüyünü şöbə müdiri toplaya bilmədi – VİDEO

redaktor

Nəcməddin Sadıkov danışdı: “Sizi niyə narahat edir ki?”

admin